ABŞ Prezidenti Donald Trampın bəyanatları onun Ukraynada nizamlanmaya mümkün qədər tez nail olmaq istəyindən xəbər verir, lakin Vaşinqton bu prosesin mürəkkəbliyini getdikcə daha aydın başa düşür.
KONKRET.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Artıq hər kəs kifayət qədər sərt və birbaşa ritorikaya öyrəşib. Eyni zamanda, Tramp sülh yolu ilə həlli asanlaşdırmaq üçün mümkün olan hər şeyi etməyə davam etmək niyyətini təsdiqləyir. Amma Ukraynada nizamlanma uzun prosesdir, səy tələb edir və bu, asan deyil”, – Peskov bildirib.