Ukraynadan Moskvaya ŞOK təklif: Qara dənizdə qarşılıqlı zərbələr…backend

Ukraynadan Moskvaya ŞOK təklif: Qara dənizdə qarşılıqlı zərbələr...

Ukrayna tərəfi Rusiya Federasiyasına Qara dəniz akvatoriyasında mülki obyektlərə qarşı hücumların qarşılıqlı əsasda dayandırılması təklifini irəli sürüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Nəşrin əldə etdiyi məlumata görə, Kiyevin təşəbbüsü birbaşa deyil, üçüncü tərəfin vasitəçiliyi ilə Moskvaya çatdırılıb.

Lakin hələlik rəsmi Kremlin təklifə hər hansı reaksiya bildirmədiyi və cavab vermədiyi qeyd olunur. Qara dəniz hövzəsində təhlükəsizliyin təmin edilməsi və gəmiçiliyin qorunması məqsədi daşıyan bu təşəbbüsün gələcək taleyi isə tərəflərin mövqeyindən asılı olacaq.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*