Polşanın baş naziri Donald Tusk Ukrayna, Polşa və bütün Avropanın təhlükəsizliyi ilə bağlı vəziyyətin kritik mərhələyə çatdığını bildirib.
“Ukraynanın gələcəyi, Polşanın və bütün Avropanın təhlükəsizliyi uğrunda oyun həlledici mərhələyə daxil olub”, – deyə Tusk “X” sosial şəbəkəsində yazıb.
KONKRET.az xəbər verir ki, o, həmçinin vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin bir daha “məharətli oyunçu” olduğunu sübut edib.
“Məhz buna görə də bütün Qərbin birliyini qoruyub saxlamaq bu qədər vacibdir”, – Polşa baş naziri əlavə edib.
Natiq Səlim,
KONKRET.az