Ukraynaya silah bu yolla daşınacaq – DETALLAR  backend

Ukraynaya silah bu yolla daşınacaq - DETALLAR  

Almaniya NATO-nun şərq cinahına və Ukraynaya hərbi yüklərin daşınması məqsədilə nəzərdə tutulmuş yeni dəmir yolu şəbəkəsinin inşasını demək olar ki, başa çatdırıb.

KONKRET.az xəbər verir ki, məlumatı Der Tagesspiegel qəzeti yayıb.

Marşrut Baltik limanlarından başlayaraq Polşa ərazisindən keçib, Krakov yaxınlığındakı logistika mərkəzinə və oradan da Ukraynanın qərb vilayətlərinə qədər uzanır. Dəmir yolu xətti əsasən silah və hərbi texnikanın çatdırılmasında istifadə olunur.

Xatırladaq ki, ABŞ 2023-cü ildə USAID xətti ilə 225 milyon dollar ayıraraq, Lvovdan Avropa İttifaqı sərhədinə qədər 75 kilometrlik Avropa standartlı dəmir yolunun tikintisini maliyyələşdirmişdi. Bu layihə Ukraynanın məhsullarının ixracını asanlaşdırmaq və Lvovu Avropanın nəqliyyat sistemi ilə birləşdirmək məqsədi daşıyır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*