
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Almatı yaxınlığında baş verən təyyarə qəzasında bir körpəni xilas edən polis məmuru Jaksılık Sultanov xəstəxanaya yerləşdirildiyi zaman körpənin vəziyyətindən danışıb.
“Əvvəlcə yoldaşlarım və mən həyat əlamətləri olmayan insanları çıxartdıq. Gördüyünüz kimi, polislər, xilasedicilər, tibb işçiləri var idi. Təyyarəni bütünlüklə gəzdik. Açıq ayaq sınığı olan bir qadın var idi. Ağlamırdı. çünki şok vəziyyətində idi. Onun sinəsində bir uşaq vardı, onu sol əli ilə tutmuşdu, sağ əli yaralanmışdı. Qazax dilində, körpəni götürüb təcili yardıma verəcəyimi söylədim. Qadın hönkür-hönkür ağlamağa başladı və uşağı mənə verdi”, deyə Jaksılık Sultanov jurnalistlərə deyib. Polis bildirib ki, “uşağı təcili yardıma təhvil verdim”.
Qeyd edək ki, polis sıralarında Jaksılık Sultanov 2006-cı ildən bəri polisdə çalışır.