Uşaqları internet asılılığından xilas etmək üçün qeyri-adi bir yol icad edildibackend

Uşaqları internet asılılığından xilas etmək üçün qeyri-adi bir yol icad edildi

KONKRET.az xəbər verir ki, İndoneziya hakimiyyəti uşaqları İnternet asılılığından xilas etmək üçün qeyri-adi bir yol icad etdi: onlar məktəblilərə cücələr paylayıblar.
Belə ki, Javanın qərbindəki Bandung səlahiyyətliləri keçən həftə pilot proqramı başladıb. Qəfəslərdə cücələr 12 yerli ibtidai və orta məktəbə paylanılıb.

Şəhər rəhbərliyi ümid edir ki, bu proqram sayəsində şagirdlər diqqəti yeni ev heyvanlarına baxmağa çevirərək İnternetdə daha az vaxt keçirəcəklər.

Bəzi şagirdlər toyuq yetişdirmək və böyütmək, eləcə də qayğı göstərmək istədiklərini söyləyib. Lakin digər şagirdlər qeyd ediblər ki, smartfonlarda oynamaq daha maraqlıdır.

Yanvar ayında İngilis bir reklam agentliyi orta hesabla İndoneziyada İnternet istifadəçilərinin gündə 8.5 saatını onlaynda keçirdiyini bildirib. Bu, insanların İnternetə sərf etdikləri vaxta görə dünyada beşinci yerdədir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*