“Hər şeyin əvvəli və sonu var”.
KONKRET.AZ xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib.
O bildirib ki, gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
“Hər şeyin əvvəli və sonu var. Namizədliyimi irəli sürməyəcəm”, – deyə A. Rəhimzadə vurğulayıb.
Qeyd edək ki, müsahibələrinin birində ölkədə aparılan gəncləşmə siyasəti ilə bağlı fikirlərini paylaşan 78 yaşlı komitə sədri yenə deputat seçilmək istəyində olduğunu bildirmişdi. Sözügedən müsahibəni buradan oxuya bilərsiniz.