Vaşinqton İranda rejim dəyişikliyi ilə bağlı AÇIQLAMA YAYDIbackend

Vaşinqton İranda rejim dəyişikliyi ilə bağlı AÇIQLAMA YAYDI

ABŞ prezidenti Donald Tramp Tehranın Vaşinqtonla danışıqları davam etdirməkdən boyun qaçıracağı təqdirdə İran xalqının niyə ayağa qalxmaması ilə bağlı sualı qaldırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Leavitt deyib.

Leavitt izah edib ki, prezident sadəcə dünya üzrə bir çox insanın verdiyi sualı ünvanlayır: İran rejimi nüvə proqramını dayandırmaqdan və ya danışıqlardan imtina edirsə, diplomatiyanı kənara qoyursa, bu zaman niyə İran xalqı “qəddar, terrorçu rejimə” qarşı ayağa qalxmasın?

Leavitt, həmçinin ABŞ-ın hərbi mövqeyinin dəyişmədiyinə əminliyini bildirib və Trampın İranla bağlı vəziyyətin diplomatik yolla həllini axtarmağa davam etdiyini vurğulayıb.

“Əgər İran hökuməti sülh yolu ilə diplomatik həlldən imtina edirsə, o zaman niyə İran xalqı rəhbərliyini dəyişməsin?”, – Tramp Fox News-a müsahibəsində əlavə edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*