Vaşinqtonun sürmə strategiyası – Pakistan ön plana çıxırbackend

Vaşinqtonun sürmə strategiyası - Pakistan ön plana çıxır

ABŞ Çin tədarüklərindən asılılığı azaltmaq məqsədilə sürməni birbaşa Pakistandan almağa başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.

Məlumata görə, Pakistanın Himalayan Earth Exploration dağ-mədən şirkətinin rəhbəri Liaqat Əli Sultan bildirib ki, “ABŞ prezidenti Donald Trampın kritik əhəmiyyətli mineralların təmin olunması ilə bağlı istəyi sayəsində” İslamabadın son yeddi ildir, xüsusilə sürmə tədarükünə yönələn danışıqları nəhayət ki, Pakistan və ABŞ arasında real mərhələyə keçib.

Qeyd olunur ki, dünya üzrə sürmə ehtiyatlarının cəmi təxminən 1 faizi Pakistana məxsus olsa da, ölkə yaranmış vəziyyətdən maksimum faydalanmağa çalışır. Belə ki, sentyabr ayında ABŞ-ın US Strategic Metals şirkəti Pakistan rəhbərliyi ilə “müdafiə, aerokosmik və texnoloji sahələr üçün kritik əhəmiyyətli minerallar” üzrə əməkdaşlıq haqqında saziş imzalayıb.

Hazırda ABŞ-da emal fabriki və mədəni hələ fəaliyyətə başlamayan şirkət oktyabr ayında Pakistandan sürmənin sınaq partiyasını artıq qəbul edib. Bu addım Vaşinqtonun strateji xammal sahəsində alternativ mənbələr axtarışını sürətləndirdiyini göstərir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*