Vaxtilə ABŞ-ı lərzəyə salan qatilin kimliyi 60 ildən sonra məlum oldubackend

Vaxtilə ABŞ-ı lərzəyə salan qatilin kimliyi 60 ildən sonra məlum oldu

ABŞ tarixinin ən dəhşətli qətllər silsiləsinin müəllifi, “Bürc qatil” kimi tanınan şəxsin kimliyi məlum olub.

KONKRET.az xəbər verir ki, 60 ildən artıq idi ki, silsilə qətllər törədən cinayətkarın kimliyi bəlli olub. Tədqiqatçılar “Zodiak Killer” ləqəbli qatilin şəxsiyyətini müəyyənləşdiriblər.

Detektiv qrup olan Kase Breakers üstü açılmamış cinayətlərin işlənməsindən 54 il sonra onunla bağlı nəticə verən araşdırma barədə ətraflı məlumat verəcəyini deyib.

Detektiv qrup sözügedən qatilin keçmiş Hərbi Hava Qüvvələri veteranı Gari Francis Poste ola biləcəyini düşünür.

Serial qətllərlə əlaqəli simvol, ətrafında dairə olan xaç, Kaliforniyanın Qrovlend şəhərində Postenin keçmiş mülkünün yaxınlığında taxta dirəkdə tapılıb. Bundan əlavə, qatilin alnındakı çapıq və onun eskizi Posteninkinə uyğun gəlir.

Yeri gəlmişkən, qəddarlığı və amansızlığı ilə seçilən cinayətkar 1960-cı illərin sonunda ABŞ-ın Kaliforniya ştatında ən azı beş nəfəri öldürmüşdü. O, əsasən ucqar ərazilərdəki gənc cütlükləri hədəfə alır, qurbanlarını güllələyir və ya bıçaqlayırdı.

Cinayətin ilginc təfərrüatlarından biri bu idi ki, qatil “Bürc” imzası ilə qəzetlərə məktublar göndərir, məmurlara kodlu mesajlar göndərirdi.

Məsələ burasındadır ki, Poste 2018-ci ildə öldü. O, 2016-cı ildə arvadını pilləkənlərdən aşağı itələdiyi iddiası ilə həbs edilmişdi, lakin mühakimə olunmamışdı.

Qeyd edək ki, qatilin cinayətlərindən bəhs edən “Zodiak” filmi 2007-ci ildə lentə alınıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*