Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.
KONKRET.az xəbər verir ki, dəyişikliklər yerli istehsal avtobusların satışının ƏDV-dən azad edilməsi, insanların mədəniyyət müəssisələrinə ödədiyi ƏDV-nin 50%-nin geri qaytarılması, bərpa olunan enerji layihələri ilə bağlı avadanlıqların idxalının vergidən azad edilməsi, dəmir yolu ilə daşınan tranzit yüklərin yol vergisindən azad edilməsi və digər məsələləri əhatə edir.
Bundan başqa, deputatlar “Nağdsız hesablaşmalar” qanununda dəyişiklik edilməsi” layihəsini də III oxunuşda təsdiqləyiblər.