Vətəndaşlara kriptovalyuta almaq qadağan edildi – SƏRƏNCAMbackend

Vətəndaşlara kriptovalyuta almaq qadağan edildi - SƏRƏNCAM

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Özbəkistan Layihə İdarəetmə üzrə Milli Agentliyi ölkədə kriptovalyutaların istifadəsini demək olar ki, tamamilə məhdudlaşdıran sərəncam imzalayıb. Sənədə əsasən, Özbəkistan sakinləri bitkoin və digər kriptovalyutalar almaq və satmaq, eləcə də onlardan ödəniş vasitəsi kimi istifadə edə bilməyəcəklər.

Eyni zamanda, hökumət ölkəyə ən böyük kriptovalyuta birjalarını cəlb etməyi gözləyir. Hökumət artıq bu cür təşkilatların ölkədə işləməsi üçün qaydalar hazırlayır.

Təbii ki, bu cür tənzimləmə ölkədə kriptovalyuta sənayesinin inkişafına kömək etmir. Buna görə də Özbəkistanda birjaların gəlişinə inanmaq sadəlövhlük olar.

Belə olan təqdirdə mütəxəssislər üçün bir sual yaranıb: “Bəs bitkoinləri haradan əldə etmək olar?”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*