VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Bankomat kartı “udarsa” mütləq bunları edin, əks halda…backend

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Bankomat kartı “udarsa” mütləq bunları edin, əks halda...

Bəzən vətəndaşların istifadə etdiyi bankomat kartı geri qaytarmır və belə hallarda insanlar tərəddüd yaşayır. Xüsusilə də hadisə qeyri-iş saatlarında baş verərsə, vəziyyət daha da çətinləşir. Maraqlıdır, bankomat kartı “udarsa” vətəndaş nə etməlidir?

Mövzu ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında bildirib ki, hər bir bankın bu məsələ ilə bağlı öz qaydaları mövcuddur və bu, adətən müştəri ilə bağlanan müqavilədə də qeyd olunur:

Əkrəm Həsənov: Bəzi banklar bağlana bilər - Oxu.az

“Adətən qaynar xətlər fəaliyyət göstərir. Həmçinin kartın aid olduğu kart təşkilatına məsələn, Azəricard və ya Millicard-a da məlumat vermək mümkündür. Əgər hadisə iş saatları xaricində baş veribsə, həmin an bankomat qarşısında gözləməyə ehtiyac yoxdur. Sadəcə, növbəti iş günü bankla əlaqə saxlamaq və məlumat vermək kifayətdir. Bank bununla bağlı tədbir görəcək”.

Ekspert əlavə edib ki, qeyri-iş saatlarında bankomatlara texniki xidmət göstərilmir, buna görə də ən doğru addım kartın “udulduğu” barədə banka və ya kart xidmət təşkilatına vaxtında məlumat verməkdir.

Aynurə İsmayıl

KONKRET.az

  • Israil
    Avqust 26, 2025 - 08:58

    Cavab verilmir. Mən Azərtürk banka zəng etdim.Həyasızlıqla 10 dəqiqə 31 saniyə ,,sizin zənginiz bizim üçün dəyərlidir” -deyib cavab verən olmadı. Bəsdir insanları doladız….

  • Sherafet
    Avqust 26, 2025 - 13:18

    Mənim pulum kartdadı yoldayam hansısa rayonun ərazisində pul çıxarıram. Nə etməliyəm qalmalıyam yolda?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*