Vətəndaşların NƏZƏRİNƏ: Mağazadan aldığınız məhsulların tərkibini bu laboratoriyalarda yoxlatdıra bilərsiniz – SİYAHIbackend

Vətəndaşların NƏZƏRİNƏ: Mağazadan aldığınız məhsulların tərkibini bu laboratoriyalarda yoxlatdıra bilərsiniz - SİYAHI

Bəzən insanlar marketdən aldığı hər hansısa qida və ya qeyri-qida məhsullarının keyfiyyətinə şübhə ilə yanaşır. Bu zaman isə tərkibini hər hansısa labaratoriyada yoxlatdırmağa ehtiyac duyur. Ancaq təəssüf ki, bu sahədə maarifləndirmə aparılmadığından vətəndaş hara üz tutmalı olduğunu bilmir. Ümumiyyətlə, Azərbaycanda bu tip müstəqil labaratoriyalar fəaliyyət göstərirmi?

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri İlkin Kərimova sorğu göndərdik.

KONKRET.az-a açıqlamasında İlkin Kərimov bildirdi ki, hər bir vətəndaş aldığı məhsulun tərkibini istər özə, istərsə də, dövlət labaratoriyalarına müraciət edərək yoxlatdıra bilər.

İlkin Kərimova vəzifə verildi

“Qiymətlərə gəlincə, özəl labaratoriyalar qiymətləri şəxsən təyin edirlər. AQTA-nın tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnistutunun dövlət labaratoriyası isə Nazirlər Kabinetinin qərarı ilə dövlət rüsumu əsasında fəaliyyət göstərir. Ümumilikdə dövlətə məxsus 14 labaratoriya mövcuddur. Dövlət labaratoriyalarındakı rüsumlarıbarədə vətəndaşlar Qida Təhlükəsizliyi İnistutunun rəsmi saytından (afsi.gov.az) məlumat ala bilərlər”, – qurumun sözçüsü vurğulayıb.

Natiq Səlim

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*