Vəzifəli şəxsin övladının məclisi qan gölünə çevrildi – ölən və yaralılar varbackend

Vəzifəli şəxsin övladının məclisi qan gölünə çevrildi - ölən və yaralılar var

Sumqayıt şəhərində yerləşən şadlıq sarayının birində kütləvi davada ölən və yaralıların olduğu bildirilib.

KONKRET.az publika.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisindəki şadlıq saraylarından birindəki toy məclisində baş verib.

Məlumata görə, Sumqayıtda toyda tərəflər arasında düşən dava Saray qəsəbəsi parkında davam etdirilib, içkili tərəflər arasında gərginlik bir neçə nəfərin bıçaqlanması ilə nəticələnib. Hadisə nəticəsində bıçaqlanan şəxslərdən biri ölüb, bir neçə nəfər isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qan gölünə çevrilən toy vəzifəli şəxslərdən birinin övladının məclisi olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*