“Virusa yoluxanlar və bu xəstəlikdən ölənlər göstərilsin!” – Əli Məhərrəmlidən TƏKLİFbackend

"Virusa yoluxanlar və bu xəstəlikdən ölənlər göstərilsin!" - Əli Məhərrəmlidən TƏKLİF

Əli Məhərrəmli

Mən Səhiyyə Nazirliyi və TƏBİB-dən xahiş edirəm. Yoluxanları və rəhmətə gedənləri çəkib göstərin ki, bəzi vecsiz adamlar görüb, inansınlar. İndiki vaxtda heç bir şəxsi məlumat cəmiyyətin və dövlətin təhlükəsizliyindən vacib ola bilməz.

Bizim insanlar ölümü dadmayınca, bu virusun doğurduğu təhlükəyə inanmayacaqlar. Bəziləri özlərini “beyin mərkəzi” hesab edir, sanki öz “dərin” zəkaları ilə oyunu pozublar.

“Virus zad yoxdur, hökumət bizə nəzarət edir, nə bilim yeni idarəetmədir”. Bu nə zehniyyət, bu nə cahillik? Bəyəm o qədər ipə-sapa yatmayan xalq idik ki, hökumət bizi idarə edə bilmirdi? Bəyəm indiyədək istəsələr, bizə mobil qurğularla nəzarət etmək çətin idi? Nə qədər matax siyasi aktiv toplum olmuşduq ki, üzərimizdə total nəzarət bu qədər vacib və çətin olsun?! Bəsdirin, öz axmaq nəzəriyyələrinizlə insanları faciəyə sürükləməyin! Artıq mənim tanışlarlm arasında, sadə insanlar arasında yoluxanlar, canı ilə əlləşənlər və həyatını itirənlər var. Sizə mütləq ki, ölümü öz gözünüzlə görmək lazımdır ki, inanasınız?! Məsuliyyətsiz çağırışlara son qoyun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*