backend

Vitse-prezidentə köməkçi təyin edilən Andrey Sipilin kimdir? - DOSYE

Azərbaycanın Birinci vitse-prezidentinə yeni köməkçi təyin edilib.

KONKRET.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi təyin olunan Andrey Sipilin daha əvvəl “PAŞA İnşaat” MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.

Birinci vitse-prezidentə yeni köməkçi bundan əvvəl – 2004-2006-cı illərdə “McDermott Caspian Contractors Inc” şirkətində müxtəlif vəzifələrdə işləyib. 2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb. Andrey Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.

 

mətbuat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*