Xaçatryan: “Zəngəzur tam itirilə bilər”backend

Xaçatryan: "Zəngəzur tam itirilə bilər"

Ermənistanın Sünik (Zəngəzur-red) vilayətinin keçmiş qubernatoru Surik Xaçatryan “Sünikin müdafiəsi” üçün tezliklə Ermənistana qayıdacağını bildirib.

KONKRET.az xəbər verir ki, bu məlumatı o, Feysbuk səhifəsində paylaşıb. O, Sünik vilayətinin “tam itirilməsi” təhdidinin olduğunu deyib.

Qeyd edək ki, Xaçatryan qubernator olduğu dövrdə adı dəfələrlə fərqli kriminal hadisələrə qarışıb. O, 2013-cü ilin iyununda hazırkı korpus komandirlərindən biri olan general-mayor Artak Budaqyanın qardaşı Avetik Budaqyanın ölümünün təşkilatçılarından biri sayılıb. Paşinyan hakimiyyətə gəldikdən sonra Xaçatryan ölkədən qaçıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*