Xaçmaz sakini güllələndibackend

Xaçmaz sakini güllələndi

Xaçmazda qətl hadisəsi törədilib.

KONKRET.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini 1981-ci il təvəllüdlü Cəlilov Emin Nəcimulla oğlu kürək nahiyəsindən ov tüfəngi ilə vurularaq qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

E. Cəlilovu öldürməkdə şübhəli bilinən şəxsin özü polisə könüllü şəkildə təslim olub.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*