Xaçmaz-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 82 yaşlı İkram Əliyevin idarə etdiyi “Prado” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.
KONKRET.az-ın şimal bölgə müxbirinin verdiyi məlumata görə, nəticədə sürücü dünyasını dəyişib. Maşında olan İkram Əliyevin həyat yoldaşı 47 yaşlı İlhamə Gülməmmədova ağır yaralanıb. Onun bir ayağı kəsilib.
Hadisəyə 82 yaşlı İkram Əliyevin sükan arxasında ürəyinin dayanması səbəb olub.
Hazırladı: Cəlal FƏRZƏLİYEV, Günel MUSEYİB