Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.AZ xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun Xaçmazın Yürgüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Toyota Prado” markalı maşın yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü, Xaçmazın Üçkün kənd sakini, 1938-ci il təvəllüdlü (81 yaş) Əliyev İkram Gülbala oğlu hadisə yerində dünyasını dəyişib. Sərnişin olan 1972-ci il təvəllüdlü (47 yaş) Gülməmmədova İlhamə Məmməd qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların hər ikisi sıxılmış vəziyyətdə maşında qalıb.
Deyilənlərə görə maşında olanlar ər-arvad olublar.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
APA