Xaçmazda su borusu oğurlandı: Tarlalar susuz qalıb – VİDEObackend

Xaçmazda su borusu oğurlandı: Tarlalar susuz qalıb - VİDEO

KONKRET.az-ın şimal bölgə müxbirinin verdiyi məlumata görə, Xaçmazda 100 metr uzunluğunda su borusu naməlum şəxslər tərəfindən oğurlanıb. Rayonun Nabran İƏD-nə aid olan Tel kəndində yerləşən əkin sahələrini suvarmaq üçün nəzərdə tutulan borunun oğurlanması nəticəsində 100 hektardan çox əkin sahəsi susuz qalıb.

Kənd sakinləri borunun bələdiyyə sədri tərəfindən satıldığını iddia etsə də, o, sözügedən ittihamlarla razılaşmayıb.

Sakinlər hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib. Faktla əlaqədar araşdırma aparılır.

Hazırladı: Cəlal FƏRZƏLİYEV, Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*