Xalq artisti Kərimi müdafiə etdi: “İtə də qapısında sahibinə görə hörmət edərlər”backend

Xalq artisti Kərimi müdafiə etdi: “İtə də qapısında sahibinə görə hörmət edərlər”

İki gün öncə müğənni Kərim Abbasovun toyda fonoqram ifa etdiyi üçün döyülməsi müzakirələrə səbəb olub. Bir çoxları ifaçını bəzi Xalq artistləri ilə müqayisə edirlər. Məsələn, deyirlər ki, Aygün Kazımova, Tünzalə Ağayevə, Röya və digərləri toylarda fonoqram oxuyur, 30 dəqiqəlik proqram üçün 8-15 min manat pul alırlar. Lakin başqa müğənni eynisini edəndə döyülür.

 

Sual yaranır: Aygünə, Röya və Tünzaləyə olar, Kərimə yox?

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Xalq artisti Bilal Əliyev deyib ki, hər şey müğənni və ev sahibi arasında olan danışıqdan asılıdır.

Onun fikrincə, kiminsə müğənnini döyməyə haqqı çatmır:

“Əgər ev sahibi toyda fonoqram ifa istəmirsə, öncədən müğənni ilə şərt kəsməlidir. Müğənni buna məhəl qoymadan ifa edərsə, toy sahibi iradını bildirə və müğənnini toydan qova bilər. Amma ifaçını fonoqrama görə döymək nədir?! Qanun var, qayda var! Kərim gərək şikayətini geri götürməsin”.

B.Əliyev bu məsələdə ev sahibini günahlandırıb:

“Aygün Kazımova, Röya Ayxan, Tünzalə Ağayeva fonoqram ifa edib, yaxşı qonorar alırsa, demək ki, ev sahibi buna razıdır. Yerdən kimsə bu işə müdaxilə edə bilməz. Toyda olan qonaqların nə ixtiyarı var ki, sənət adamlarına hücum edə?! Ev sahibi bu şeylərə nəzarət etməlidir. Ataların bir sözü var: “İtə də qapısında sahibinə görə hörmət edərlər”. Kərim gözəl ifaçı, yaxşı insandır. Allah gənc müğənniyə kömək etsin, ona əl qaldıranlara isə ayıb olsun! Kərimin yerində olsa idim, dava edən, mənə əl qaldıran insanları bağışlamazdım”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*