Xalq artistinin oğluna vəzifə verildi – Rütbəsi artırıldıbackend

Xalq artistinin oğluna vəzifə verildi - Rütbəsi artırıldı

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinə yeni rəis müavini təyin edilib.

KONRKET.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

Nazirin əmri ilə Tural Maniyev idarə rəisinin müavini təyin edilib, ardınca ona polkovnik hərbi rütbəsi verilib.

Qeyd edək ki, bir müddətdir qurumun adıçəkilən idarəsinin əməkdaşı kimi çalışan Tural Maniyev mərhum Xalq artisti Muxtar Maniyevin oğludur. O, İkinci Qarabağ Müharibəsi iştirakçısıdır. Maniyevin təyin olunduğu idarənin rəisi polkovnik Anar Eyvazovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*