“Xamenei yoxa çıxıb, amma İran təklifimizi qəbul etdi” – Trampdan MÜJDƏbackend

"Xamenei yoxa çıxıb, amma İran təklifimizi qəbul etdi" - Trampdan MÜJDƏ

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Vaşinqtonun müharibəni dayandırmaq üçün Pakistan vasitəsilə təqdim etdiyi 15 maddəlik tələblərin “əksəriyyətini” qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

ABŞ prezidenti əlavə edib ki, Vaşinqton gələcəkdə bu siyahıya daha bir neçə maddə əlavə etməyi də nəzərdən keçirir.

Qeyd edək ki, Tehran ötən həftə 15 maddəlik planı dərhal qəbul etməmişdi. İranın xarici işlər naziri Abbas Araqçi tərəflər arasında vasitəçilər üzərindən mesaj mübadiləsinin aparıldığını təsdiqləsə də, Vaşinqtonun mövqeyinə şübhə ilə yanaşdığını bildirib.

CNN-in məlumatına görə, sözügedən plan İrandan nüvə silahına malik olmamaq öhdəliyi, yüksək səviyyədə zənginləşdirilmiş uranın təhvil verilməsi, müdafiə imkanlarının məhdudlaşdırılması, regiondakı dəstəklədiyi qrupların fəaliyyətinin dayandırılması və Hörmüz boğazının açıq saxlanılması kimi məsələləri əhatə edir.
Bundan əlavə, Tramp İranın ali liderinin oğlu Müctəba Xameneinin vəziyyəti ilə bağlı da açıqlama verib. O, bildirib ki, Xamenei ya ölüb, ya da çox ağır vəziyyətdədir:
“Biz ondan heç bir xəbər almamışıq. O, yoxa çıxıb”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*