Qonşu ölkələrdə benzin bahalaşdı: Azərbaycanla müqayisə – Yeni qiymətlərbackend

Qonşu ölkələrdə benzin bahalaşdı: Azərbaycanla müqayisə – Yeni qiymətlər

“Gürcüstanda və Ermənistanda avtomobil yanacağının pərakəndə satış qiymətləri fevrala nisbətdə ortalama 20-25% artıb”.

KONKRET.az globalinfoaz-a istinadən xəbər verir ki, bunu enerji məsələləri üzrə ekspert İlham Şaban deyib.

Ekspert enerji bazarları üzrə ixtisaslaşan Böyük Britaniyanın “Argus” agentliyinin 23 mart tarixinə olan məlumatına istinad edib.

O bildirib ki, sözügedən hesabata əsasən avtomobil yanacaqlarının 1 litri belədir:

Ai-92 – $1,06 – 1.80 AZN

Ai-95 – $1.14 – 1.94 AZN

Ai-98 – $1.35 – 2.29 AZN

Dizel Avro 5 – $1.19 – 2.02 AZN

CNG – $0.67 – 1.14 AZN.

İ.Şaban “Argus”un məlumatlarına əsasən vurğulayıb ki, Gürcüstana martda yanacaq Rumıniya və Bolqarıstan neft emalı zavodlarından tədarük edilib:

“Ai-92 markalı benzin isə Azərbaycandan Gürcüstanın dövlət müəssisələrinin ehtiyacı üçün alınıb.  Ermənistanda 1 litr yanacağın pərakəndə satış qiymətləri Ai-92 üçün $1,27, Ai-95 üçün $1.32 və Dizel Avro 5 üçün $1,38 təşkil edib”.

Ekspert əlavə edib ki, Azərbaycanın daxili bazarında Dizel Avro 5 standartda yanacaq satılmır:

“Ona görə də qonşu ölkələrdəki qiymətlərlə müqayisə edərkən çox baha olmasına görə təəccüblənməyin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*