“Razılaşma “tezliklə” mümkündür” – Trampbackend

“Razılaşma “tezliklə” mümkündür” - Tramp

ABŞ İranla bağlı siyasətində mühüm nəticə əldə edib və yaxın vaxtlarda rəsmi Tehranla razılaşma mümkündür.

KONKRET.az CBS News-a istinadən xəbərinə görə, bunu ABŞ prezidenti jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Vaşinqton faktiki olaraq İranda rejim dəyişikliyinə nail olub.

Tramp bu fikrini son bir ay ərzində ABŞ-İsrail əməliyyatları zamanı İran rəhbərliyində baş verən itkilərlə əsaslandırıb. Onun sözlərinə görə, hazırkı rəhbərlik əvvəlkilərlə müqayisədə “daha praqmatik və münasibdir”.

“Biz rejim dəyişikliyi yaşamışıq. İndi əvvəllər heç kimin qarşılaşmadığı fərqli insanlarla işləyirik. Bu, tamamilə yeni bir komandadır və mən bunu rejim dəyişikliyi hesab edirəm”, – deyə Tramp vurğulayıb.

Prezidentə İranla bu həftə razılaşmanın mümkün olub-olmayacağı ilə bağlı sual verildikdə isə o, optimist mövqe sərgiləyib: “İranla razılaşma görürəm. Bu, tezliklə baş verə bilər”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*