Xameneinin Azərbaycana hürən itibackend

Xameneinin Azərbaycana hürən iti

Həsən Amuli haqda yazmağa dəyməz: İran dini liderinin Ərdəbildəki nümayəndəsi və sadiq nökəri Amulinin illərdir Azərbaycan əleyhinə açıqlamalarını ardıcıl izləyəndə bu şəxsin nə qədər saxtakar, minsifət, riyakar, yalanlardan doymayan birisi olduğunu görmək mümkündür.

KONKRET.az xəbər verir ki, bir neçə gün öncə İranın rəsmi kanalları vasitəsilə yayımlanan təxribatçı tədbirdə Xameneinin hürən iti Amulinin məddahının öz nəslinə yaraşan sözləri Azərbaycan və Türkiyə liderləri haqda işlətməsi, Azərbaycan XİN-in etirazı və İran XİN-in bunu Tehranın rəsmi mövqeyi olmadığını deməsi ilə – guya Azərbaycan və Türkiyə liderləri haqda əxlaqsız sözlərin İranın rəsmi mövqeyi olduğunu etiraf da edə bilərdilər – məsələni bitirmək olardı: çünki Amuli kimi itə cavab verməyə ehtiyac yoxdur.

Ancaq hətta İran XİN-in “şəhərlərimizin birində keçirilən tədbirdə düşünülməmiş və yersiz bəyanat” adlandırandan sonra Amulinin özünə, nəslinə, əbəc-əcdadına və Xameneinin Avropada, ABŞ-da kef edən şəcərəsinə layiq sözləri uğursuzcasına Ərdoğan və Əliyevə ünvanlanmağa cəhd edən məddahı “xüsusi təşəkkürnamə” ilə təltifi həyasızlığın hədsizliyidir: bir tərəfdə İran həmin sözlərin yersiz və düşünülməmiş olduğunu bildirir, digər tərəfdən Xameneinin iti hürdürdüyü məddahı təltif edir!

Bu, bütövlükdə İranın hazırda isterik duruma düşməsinin və uydurduqları “5 min illik diplomatiya tarixinin” iflasının növbəti sübutudur.

Həmin tədbirdə bir məddahın Əliyev və Ərdoğana hürməsinin təsadüf olmadığı elə o mərasimin mahiyyətindən bəllidir. Tədbirin mahiyyəti Çaldıran döyüşünü “yada salmaq”, Azərbaycanla Türkiyə arasına nifaq toxumu səpməyə cəhd etmək, “tarixi xatırladıb”, “ayırıcı məqamları” aktuallaşdırmaqdır.

Niyə “tədbir” dekabrda, İran Suriyadan it kimi qovulandan və “müqavimət oxu” darmadağın olandan, Türkiyə Suriyada bütün mövqeləri əlinə alandan və Azərbaycanı prosesə qatandan, Yaxın Şərqdə iki qardaş ölkənin birgə hərəkətə başlaması tam açıqlığı ilə ortaya çıxandan sonra keçirilir?

Məqsəd aydındır, hədəf də: onillərdir apardığı siyasət, ölkə vətəndaşlarını ac qoyaraq, ambisiyaları üçün xərclədiyi yüzmilyardlar, qonşu ərəb və türk ölkələrinə qarşı tutduğu mövqe puç, məhv, darmadağın oldu – it də getdi, ip də. İndi itlərinin ipini boşaldıb ki, gedən “it və iplərə” ağı desin və Amuli də bu funksiyanı məharətlə icra edir!

Niyə məhz bir satqın, xəyanətkar, öz xalqını fars şovinistlərinin ayağına atan nanəcib Ərdəbildən seçilib?

Çünki Ərdəbilin Azərbaycan xalqın üçün hansı müqəddəsliyi ifadə etdiyini İran yaxşı bilir!

O ki qaldı Amuliyə… Bir neçə il öncə “Azərbaycanın qeyrəti olsa, Qarabağı alar, ancaq onlarda o qeyrət yoxdur” deyən bu Xamenei iti Azərbaycan Ordusu Qarabağı alandan sonra gərəkdir ki, qeyrətsiz, namussuz olduğunu uca səslə etiraf edib, ictimai-siyasi səhnədən rədd olaydı!

Olmadı!

Azərbaycan Ordusu öz torpaqlarını alarkən İran sərhədçilərinin əsgərlərimizin önünə çıxması və hücumu bir neçə saat ləngitməsini, ermənilərə toparlanmaq üçün vaxt qazandırdığını görəndə binamus və biqeyrətin kim olduğunu etiraf etməliydi!

Etmədi!

Azərbaycan müharibə aparanda Ermənistana ağır texnikanın xristian Gürcüstandan deyil, müsəlman İrandan keçirildiyini sübut edən saysız-hesabsız videolar ortalığa çıxanda Amuli nə qədər biqeyrət olduğunu qanmalıydı!

Qanmadı!

Onillərdir Azərbaycan torpaqlarının işğalda saxlanılması üçün Ermənistanı siyasi, hərbi, iqtisadi baxımdan dəstəklədiyinə görə Amuli İran hakimiyyətini özüqarışıq mənəviyyatsız təxribatçı adlandırmalıydı!

Adlandırmadı!

Müharibə bitəndən sonra Xankəndi separatçılarına yanacaq daşıyan maşınlar nömrələrinə qədər ifşa olunanda Amuli biqeyrətliyin bu tərzinin tarixdə görünmədiyini dilə gətirməliydi!

Gətirmədi!

İkinci Qarabağ savaşından sonra İran milyonlarla dollar qiyməti olan raket, PUA və digər silahları Ermənistana bağışlayanda Amuli işlətdiyi sözlərə görə xəcalət çəkib, ölüb yerə girməli və insanlarıın üzünə çıxmağa sifəti olmamalıydı!

Ölmədi!

Əvəzində bu simasız yenə “xütbə” deyə bilir; kimlərəsə moizə oxuyur və “xütbələrinin” bir-birini təkzib və onu ifşa etməsinə qətiyyən məhəl qoymadan “davam edir” – öz çirkabına daha çox batır, daha artıq rəzilləşir!

Bir azərbaycanlı heç vaxt bu qədər simasız, şarlatan, çirkin ola bilməz!

Amulinin qanında dəqiqdir ki, erməni qanı axır – yalnız ermənilər bunca həyasızlıq etmək istedadına malikdir!

İranın isə bu qədər zavallı və miskin gününü gördüyüm üçün Allaha şükürlər edirəm: gör, meydanda, siyasətdə, iqtisadiyyatda hansı duruma düşüb, necə tar-mar olub ki, Amulinin tədbirinə və məddahın söyüşlərinə möhtac qalıb!

Bu, İranın məhvinin başlanğıcı deyil, sona yaxınlaşmasıdır: əgər İran hansısa bir çarə tapsaydı, hərəkət edərdi – əgər söyüşə, təhqirə əl atırsa, demək, Tehran hər şeydən ümidini üzüb!

Yeri gəlmişkən, ötən gün Blinken elə beləcə də dedi: “İran artıq döyüş aparmaq iqtidarında deyil”.

Meydanda olmayan masada da olmur – hər ikisini itirən İran Amulinin söyüşlərindən asılıb, yellənir…/axaraz

  • Naməlum
    Yanvar 7, 2025 - 14:23

    İt, qərbə tula olan azərbaycanın şeytan hakimiyyəti və əlaltılarıdır!

  • Zaur
    Yanvar 7, 2025 - 23:53

    Azərbaycan xalqı versin amulinin agzına həmcinin ona yaltaxlanan tulalarınında

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*