ABŞ Prezidenti Donald Tramp Müctəba Xameneinin atasının yerinə təyin olunmasından məmnun deyil.
KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Foks Nyus”un aparıcısı Brayan Kilmid bildirib.
“Müctəba Xameneinin təyinatı elan edildikdən sonra Prezident Trampla danışdım, telefon danışığı zamanı mənə belə dedi: “Bundan məmnun deyiləm”, – jurnalist vurğulayıb.
B.Kilmid söhbətin təfərrüatları barədə əlavə məlumat verməyib.
Qeyd edək ki, Seyid Müctəba Xamenei İranın yeni ali rəhbəri seçilib.
