Türkiyə Şimali Kiprə 6 ədəd F-16 qırıcısı yerləşdirdibackend

Türkiyə Şimali Kiprə 6 ədəd F-16 qırıcısı yerləşdirdi

“Bölgəmizdə baş verən son hadisələr fonunda Şimali Kipr Türk Respublikasına (ŞKTR) təhlükəsizliyinin artırılmasına yönəlmiş mərhələli planlaşdırma çərçivəsində 6 ədəd F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri bu gündən etibarən KKTC ərazisinə yerləşdirilib”.

KONKRET.az xəbər verir ki, bu, Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda əksini tapıb.

Bildirilib ki, baş verən hadisələrin inkişafından asılı olaraq aparılacaq qiymətləndirmələrin nəticəsinə əsasən, zərurət yarandığı halda əlavə tədbirlərin görülməsi davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*