ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranın Səudiyyə Ərəbistanında yerləşən bazasına hücumu zamanı yaralanan daha bir amerikalı hərbçinin həyatını itirdiyini təsdiqləyib.
KONKRET.az xəbər verir ki, komandanlığın məlumatına görə, hərbçi İranın Yaxın Şərqdə ABŞ mövqelərinə endirdiyi ilk zərbələrdən biri zamanı ağır yaralanmışdı.
Onun kimliyi hələlik açıqlanmayıb.
Son ölüm faktı ilə birlikdə İranla müharibə zamanı həlak olan ABŞ hərbçilərinin sayı 7-yə yüksəlib. Daha əvvəl 6 hərbçinin öldüyü bildirilirdi.
Müşviq Tofiqoğlu
KONKRET.az
