Ukraynadan ABŞ- dəstək: Zelenski görün nə etdi…backend

Ukraynadan ABŞ- dəstək: Zelenski görün nə etdi...

Ukrayna ABŞ-ın İordaniyada yerləşən hərbi bazalarının müdafiəsinə dəstək məqsədilə dron-tutucular və hərbi məsləhətçilərdən ibarət qrup göndərib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski The New York Times nəşrinə müsahibəsində məlumat verib.

Prezidentin sözlərinə görə, ABŞ yardım üçün ötən həftənin cümə axşamı müraciət edib və Ukrayna komandası növbəti gün yola düşüb.

Zelenski qeyd edib ki, Ukrayna tərəfi bazaların pilotsuz uçuş aparatlarından qorunmasına kömək etməyi planlaşdırır.

Bundan əvvəl bildirilib ki, ABŞ və Fars körfəzi ölkələri Ukrayna ilə birlikdə İran istehsalı zərbə dronlarından müdafiə üçün “Səma qalası” kimi tanınan akustik aşkarlama sisteminin analoqunun yaradılması ilə bağlı danışıqlar aparır.

Məlumata görə, bu sistem pilotsuz uçuş aparatlarının səsini aşkar edərək onların vaxtında müəyyən edilməsinə və qarşısının alınmasına imkan verir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*