Xankəndiyə hansı məcburi köçkünlərin köçürüləcəyi məlum olubbackend

Xankəndiyə hansı məcburi köçkünlərin köçürüləcəyi məlum olub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ərazisi işğaldan azad olunmuş müxtəlif rayonlardan olan məcburi köçkünlərdən Xankəndiyə köçməklə bağlı çoxsaylı müraciətlər gəlir.

Bu barədə KONKRET.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, ərazisi işğaldan azad olunmuş ərazilərdə, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində, bərpa edilən və yenidən tikilən yaşayış məntəqələrinə köçürülmə aparılır:

“Bu zaman məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər.

Buna uyğun olaraq, Xankəndi şəhərinə də həmin ərazidən olan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulur”, – Dövlət Komitəsindən vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*