“Xarı Bülbül” – “Neftçi” oyunu təxirə salındı – FOTObackend

“Xarı Bülbül” – “Neftçi” oyunu təxirə salındı - FOTO

Bu gün Voleybol Mərkəzində VI tur çərçivəsində təşkil olunan görüşdə MOİK  “Neftçi” ilə üz-üzə gəlib.

KONKRET.az xəbər verir ki, matç “Neftçi”nin qələbəsi ilə başa çatıb.

İlk hissəni 25:18 hesabı ilə aktivinə yazdıran Pərviz Səmədovun komandası sonrakı setlərdə də qalib gəlib – 25:23, 25:18.

Qeyd edək ki, bu gün turun və dövrənin son oyunu olan “Xarı bülbül” – “Murov” qarşılaşması təxirə salınıb. Buna səbəb hakimlər kollegiyasının üzvlərinin AVF-nin yarışların keçirilməsi üzrə Nizam-intizam komisiyyasına ünvanladığı müraciət olub.

Müraciətdə V turda keçirilən “Xarı bülbül” – “Neftçi” oyununda nizam-intizam qaydalarının pozulduğu bildirilib və bununla bağlı müvafiq qərar qəbul olunması xahiş olunub. Həmin müraciətə fevralın 13-də baxılacaq və AVF tərəfindən müvafiq qərar qəbul olunacaq.

Turnir cədvəli: “Murov” 14 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, 9 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*