Əməkdar artist Nüşabə Ələsgərli həmkarı Vasif Məhərrəmlinin “Xaş hambal yeməyidir” fikirlərini münasibət bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə o, “Tarixin bir günü” verilişində deyib.
Müğənni fikirlərini bu sözlərlə çatdırıb:
“Elə bir zamana gəlmişik ki, ağzından çıxan hər sözü bişirib sonra deməlisən. Çünki sonradan böyük reaksiyaya səbəb ola bilər.
Bəli, tarixdən bilirik ki, xaş – tutumlu yeməkdir. İnsanın imkanı yoxdur ki, gün ərzində 5 dəfə yesin. Bir “xaşı” yeyəndə gün ərzində onun qarnını doyurdu. Piti haqqında da belə deyirlər. O da tutumlu və qarın doydurandır.
Pitinin suyuna çörək doğrayıb yeyirlər. Bu olur “birinci” yemək. İçində olan digər məhsulları isə əzirlər – bu da olur “ikinci” yemək. Burada axı nə var?! Tutumlu, doyumlu, vitaminli – gözəl yeməklərdir. Deyiliş forması pis olanda insanları qıcıqlandırır”.