XƏBƏRDARLIQ: İran məhsulları alarkən diqqətli olun, çünki…backend

XƏBƏRDARLIQ: İran məhsulları alarkən diqqətli olun, çünki...

“Qida təhlükəsizliyi hər ölkə üçün çox vacib məsələdir. İrandan Azərbaycana gətirilən qidalarla bağlı insanlar arasında zaman-zaman narahatlıq yaranır. Bu narahatlıq əsasən həmin məhsulların tərkibi, necə hazırlandığı, saxlandığı və üzərində nəzarətin olub-olmaması ilə bağlıdır”.

Bu fikirləri qida eksperti Asim Vəliyev KONKRET.az-a açıqlamasında səsləndirib.

Marketdəki meyvələrdə niyə iynə izi olur? - Ekspert Asim Vəliyev TƏHLÜKƏNİ  AÇIQLADI: - Sağlam Qida

“İranda hazırlanan bəzi məhsulların üzərində beynəlxalq qaydalara uyğun yazılar və sertifikatlar olmur. Etiketlərdə hansı qatqıların olduğu ya yazılmır, ya da oxunması çətin olur. Bu da alıcının məhsul haqqında tam məlumat almasına imkan vermir.

Son illərdə bəzən İran məhsullarında zərərli maddələr tapılıb. Məsələn, pestisid qalığı, süni boya və sağlamlıq üçün zərərli qatqılar çıxıb. Düzdür, bu hər məhsula aid deyil, amma belə hallar ehtiyatlı olmağı vacib edir”.

Qida eksperti vurğulayıb ki, Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə gətirilən qidaları yoxlayır. Amma bəzi məhsullar bazara rəsmi yox, gizli yollarla daxil olur. Bu da təhlükə yaradır.

“Buna görə də insanlara tövsiyə olunur ki, İran məhsulu alarkən diqqətli olsunlar. Məhsulun harada və nə vaxt hazırlandığına, istifadə müddətinə və etiket üzərindəki məlumatlara baxsınlar. Bilmədiyimiz və tanımadığımız yerlərdən alınan məhsullar sağlamlıq üçün zərərli ola bilər. Bu baxımdan diqqətli olmalı, etiket məlumatlarına diqqət etməliyik”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*