Xəbər verdiyimiz kimi, 21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı–Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi zamanı faciəli hadisə baş verib.
KONRKET.az xəbər verir ki, xidməti vəzifəsini yerinə yetirərkən avtomobil vurması nəticəsində FHN-nin əməkdaşı, Neftçala rayon sakini vəfat edib.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, 1984-cü il təvəllüdlü, Neftçala rayonunun Şorkənd kənd sakini Piriyev Hakim Şahlar oğlu hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində həyatını itirib.//unikal
