Xırdalan şəhər 1 saylı orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağabalayeva utancverici görüntüləri ilə gündəmə gəlib.
KONKRET.az xəbər verir ki, Yaqut Ağabalayevanın 4-cü siniflərlə vida mərasimində çəkilən videosu sosial şəbəkələrdə yayılıb.
Görüntülər insanların hiddətinə səbəb olub.
Videoda valideynlər tərəfindən azyaşlı uşaqların iştirakı ilə müəllimə qızıl-bəzək əşyasının verilməsi öz əksini tapıb.
Həm müəllimin, həm də valideynlərin belə bir addımı izləyicilər tərəfindən rəzalət adlandırılıb.
İddia olunur ki, ibtidai sinif müəllimi Y.Ağabalayeva bundan əlavə buraxdığı sinifdə hər uşağa görə 30 manat pul da yığıb ki, uşaqları yuxarı sinifdə yaxşı sinif rəhbərinə təhvil versin.
Həmin görüntüləri təqdim edirik:
KONKRET.az
P. S. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Oxşar yazı: https://konkret.az/daha-bir-muellim-qizilla-odullendirildi-video/
İlk dəfə deyil ki, dəfələrlə şahidi olmuşam
Bütün bu faktlar tək Xırdalan orta məktəbində deyil,ölkənin bütün təhsil ocaqlarında,bağçalarında yetərincədir.İstər aşkar,istərsədə gizli şəkildə bu olaylar hər gün təkrar olunmaqdadır.Bu bir Azərbaycan reallığıdır,ona görədə təəcüblənəsi heçnə yoxdur.
Təhilimizə və Elmimizə Allah Rəhmət Eləsin!
Heqiqetende muellim adina lekedir.Ac gozlukdu bu.
Heqiqetende muellim adina lekedir.
Ağası gülüm olanın başına külüm olar. Naziri Emin Əmirullayev olanın müəllimi də belə olmalıdır. İndi bu biabırçılığı görə TN ya susacaq, ya da Emin kimi səviyyəsiz, məntiqsiz bir gijdəmə paylaşacaq…
Allahıma çox şükürlər olsun ki, belə şeylərlə nə orta məktəb illərimdə, nə də ali məktəb illərimdə qarşılaşmadım…Nə olar müəllim adını ucuzlaşdırmayın, yıxışdırın rəzaləti…
Bu əksər məktəbdə belədir. Buna nazir neyləsin müəllime neyləsin. Səbəbkar valideynlerdi
Bu 90 faiz məktəbdə belədir. Səbəbkar da valideyinləri. Buna nazir neyləsin. Müəllim məcbur eləmir heç kimi.