Xırdalanda 20 yaşlı gənc öldürüldübackend

Xırdalanda 20 yaşlı gənc öldürüldü

Abşeronda qətl hadisəsi baş verib.

KONKRET.az report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb.

2005-ci il təvəllüdlü Elmir Axundov 2006-cı il təvəllüdlü Fərid Rəşad oğlu Məmmədov tərəfindən bıçaqlanıb.

O, xəstəxanaya aparılarkən yolda keçinib.

F.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil verilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*