Xızıda avtomobil aşdı, ölən və xəsarət alanlar var – YENİLƏNDİbackend

Xızıda avtomobil aşdı, ölən və xəsarət alanlar var - YENİLƏNDİ

Xızı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi məlum olub.

KONKRET.az xəbər verir ki, Yaşma qəsəbəsində BMW “X 5” markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1975-ci il təvəllüdlü Rövşən Abdulla oğlu Salamov və daha bir nəfər (qadın, şəxsiyyəti dəqiqləşdirilir – red) ölüb.

Qeyd edək ki, qəza nəticəsində daha 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbi araşdırılır.//Report

***

Xızı rayonunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Yaşma qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

BMW “X 5” markalı avtomobilin yolun kənarına aşması nəticəsində 1 nəfər ölüb (şəxsiyyəti müəyyənləşdirilir – red), daha 3 nəfər yaralanıb.

Hadisənin səbəbi araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*