Keçmiş teleaparıcı Xose Bernardo narkomaniyadan qurtulmaq üçün reabilitasiya mərkəzlərinin birində müalicə alır.
KONKRET.az xəbər verir ki, bu barədə Oxu.Az-a mərkəzdən məlumat verilib.
Bildirilib ki, Xose Bernardo üç gün öncə narkomaniyadan müalicə olunmaq üçün mərkəzə müraciət edib:
“Onun çox sayda dostunu biz müalicə etmişik. Öz istəyi ilə bizə müraciət edib, sağalmaq istədiyini deyib. Xose Bernardo təxminən 18-19 yaşlarından narkotikə qurşanıb. Daha çox yüngül narkotik vasitələrdən istifadə edib”.