Xuraman: “150 kvadratmetrlik ev ailəmiz üçün kiçikdir” – VİDEObackend

Xuraman: “150 kvadratmetrlik ev ailəmiz üçün kiçikdir” - VİDEO

“Evim 3 otaqdan ibarətdir. Sahəsi isə 150 kvadratmetrdir, amma yenə də ailəmiz üçün kiçikdir. Ən çox sahəni evin qonaq otağı və giriş hissəsi tutur”.

KONKRET.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib.

Evinin kiçik olduğunu söyləyən sənətçi sahəsi 300 kvadratmetrlik mənzilə köçmək istədiyini vurğulayıb:

“Uşaqlarımın ayrı otaqları və mənim ayrı qarderob otağım olmalıdır. 300 kvadratmetrlik bir mənzilim olsaydı əla olardı. O zaman mənim ayrı 50 kvadratlıq qarderob otağım, uşaqlarımın hərəsinə 20 kvadratlıq otaq, özümə 40 kvadratlıq yataq otağım, biraz böyük mətbəx. Mənə əslində həyət evi lazımdır. Uşaqlar üçün həyət evi daha yaxşıdır. Uşaqlarım evdə velosiped sürəndə alt qonşum səsini çıxarır. O, çox yaxşı qonşudur. Deyir ki, mənim “alçipanım” yerə düşəcək, xahiş edirəm evdə velosiped sürməyin. Düşsə siz özünüz evimi təmir edəcəksiniz”.

Qeyd edək ki, Xuraman Şuşalının 4 övladı var./olay

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*