XURMA yeməyin kimə zərərli olduğu açıqlandıbackend

XURMA yeməyin kimə zərərli olduğu açıqlandı

Noyabr ayı xurma mövsümünün başlanğıcıdır. Həm böyüklər, həm də uşaqlar bu meyvəni yeməyi xoşlayırlar.

KONKRET.AZ qidalanma mütəxəssislərindən xurmanın hansı xüsusiyyətlərə malik olduğunu və ondan istifadə etməkdən çəkinənləri tapmaq qərarına gəlib.

Diyetoloq, fitoterapist, qidalanma üzrə mütəxəssis Firuzə Mövlud qızı:

– Xurma sağlamlıq üçün çox faydalıdır. Tərkibində çox sayda mikroelement və vitamin var, xüsusən də A, B və C vitaminlərilə zəngindir. Bu vitaminlər payızda xüsusilə dəyərli olurlar, immun, həmçinin sinir sistemini dəstəkləyən və bədənin müxtəlif infeksiyalardan qorunmasına kömək edən vitaminlərdir.

Qidalanma mütəxəssisi həftədə iki-üç dəfə xurma yeməyi məsləhət görür. Xurmanın soyuducuda saxlanılmasının əleyhinə olan Firuzə xanım onun təzə dərilmiş olmasını faydalı hesab edir. Dondurulmuş xurma birinci ərimədən sonra xassələrini saxlayır, ancaq təkrar dondurulması məsləhət deyil. Mövlud qızı xatırladıb ki, xurma da digər meyvələr kimi istifadədən əvvəl yuyulmalıdır:

“Yod və dəmir xurmanda çox dəyərlidir, bu elementlər ilin istənilən vaxtında insan orqanizmi üçün zəruridir. Xurma xüsusilə anemiyadan əziyyət çəkən insanlar üçün tövsiyə olunur. Xurma az turşu tərkiblidir, mədə xorasından əziyyət çəkənlər üçün faydalıdır. Yaxşı antibakterial xüsusiyyətlərə malikdir, xurma mədə-bağırsaq traktının xəstəlikləri və pozuntuları zamanı yeyilə bilər, ürək-damar sistemi ilə əlaqəli problemlər zamanı tövsiyə olunur.

Fitoterapevt böyrəklərində daş olan insanların xurma yeməkdən çəkinmələrini qeyd edib, çünki xurma sidikqovucu xüsusiyyətə malikdir. Mədəaltı vəzi problemi olan insanlara da yeyilməsi məsləhət olunmur”.

Diyetoloq, təlimçi, qidalanma mütəxəssisi Arzu Qurbanova:

– Xurma adi mövsümi meyvədir. Əlbəttə, faydalıdır. Bu meyvə üzümdən fərqli olaraq, lifli və hüceyrəlidir, lakin çox kalorilidir. Diabet xəstələri də xurmanı şirinliyi üzündən məhdud şəkildə istifadə etməlidirlər. Şəkərli diabet xəstələri xurma yeyə bilərlər, ancaq gündə birdən çox olmaz. Xurma çox miqdarda insulinin güclü bir şəkildə sərbəst buraxılmasına səbəb ola bilər. Sağlam insanlara gündə iki-üç meyvə yeməyə icazə verilir. Sadə karbohidratlarla zəngin olduğu üçün çox yeyilməsi tövsiyə edilmir.

Hazırladı: Rəhim ƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*