Xüsusi təyinatlı hərbi kolleclər üçün 2 milyon manat ayrıldıbackend

Xüsusi təyinatlı hərbi kolleclər üçün 2 milyon manat ayrıldı

Azərbaycanda 3 yeni xüsusi təyinatlı hərbi kollecin yaradılmasına 2 milyon manat ayrılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında Fərmanda əksini tapıb.

Fərmana əsasən, Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kolleclərin fəaliyyətinin təşkili və zəruri infrastrukturun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ilkin olaraq 2 milyon manat məbləğində vəsait ayrılıb.APA

  • Əkbər
    Dekabr 15, 2023 - 17:01

    Yaş məhdudiyəti neçədir?sənədlər nə vaxt toplanılır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*