Oğuz rayonunun Top kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan KONKRET.az–a bildirilib ki, araşdırmalarla yanğının rayon sakini T.Məmmədli tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.