YAP deputatlığa namizədləri müəyyən etdibackend

YAP deputatlığa namizədləri müəyyən etdi

Yeni Azərbaycan Partiyasında (YAP) Milli Məclisə gələn il fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə qatılacaq namizədlərin siyahısının dəqiqləşdirilməsinə həsr edilmiş iclas başa çatıb.

KONKRET.AZ xəbər verir ki, siyahı artıq hazırdır və az sonra YAP-ın saytında yerləşdiriləcək.

İdarə heyətinin üzvlərindən biri deyib ki, əksər deputatların adı yeni siyahıda yoxdur.

Qeyd edək ki, dekabrın 27-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib. İclasda partiyanın fevralın 9-da Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı təsdiq olunub.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*