Yaponiya Nazirlər Kabinetinin baş katibi, hökumətdəki “ikinci adam” Hirokazu Matsuno hakim Liberal Demokrat Partiyasında (LDP) siyasi ianələrin toplanmasında maliyyə hesabatlarının pozulması ilə yaranan qalmaqaldan sonra istefa verib.
KONKRET.az xəbər verir ki, bu barədə onun özü mətbuat konfransında məlumat verib.
“Mən baş nazirə qərarların həyata keçirilməsində gecikmələr yaratmamaq üçün kabinetin baş katibi vəzifəsindən istefa vermək istədiyimi bildirdim”.
Vəli Həsənov,
KONKRET.az