Yaponiya Rusiyanın  gəlirlərindən Ukraynaya yardım göndərirbackend

Yaponiya Rusiyanın  gəlirlərindən Ukraynaya yardım göndərir

Yaponiya Rusiyanın aktivlərindən əldə etdiyi gəlirdən istifadə edərək Ukraynaya 471,9 milyard yen (təxminən 3,1 milyard dollar) yardım göndərəcək.

KONKRET.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, Yaponiya hökuməti Rusiyanın dondurulmuş aktivlərindən istifadə edərək, Böyük Yeddilik (G7) ölkələrindən Ukraynaya dəstək çərçivəsində 471,9 milyard yen məbləğində kredit ayıracaq. Bundan əvvəl G7 ölkələri Kiyevə 50 milyard dollar məbləğində kreditin verilməsinin detalları barədə razılığa gəliblər . G7 liderlərinin birgə bəyanatında qeyd olunub ki, kreditlər Rusiyanın dondurulmuş suveren aktivlərindən gələcək gəlirlər hesabına ödəniləcək. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova qeyd edib ki, Rusiyanın aktivləri hesabına Ukraynaya kredit ayrılması Avropa İttifaqının növbəti saxtakarlıqdır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*