Yaponiya və ABŞ-nin hərbi təlimlərində 45 min hərbçi iştirak edəcəkbackend

Yaponiya və ABŞ-nin hərbi təlimlərində 45 min hərbçi iştirak edəcək

Yaponiya və ABŞ Silahlı Qüvvələrinin keçirəcəkləri birgə hərbi təlimlərin coğrafiyası bütün Yaponiya ərazisini əhatə edəcək.

KONKRET.az xəbər verir ki, iki ildə bir dəfə keçirilən “Keen Sword” hərbi təlimləri noyabrın 1-dək davam edəcək. Bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimdə 45 minə yaxın hərbçi iştirak edəcək: “Yaponiya tərəfdən 33 min, Amerika tərəfdən 12 min nəfər təlimlərə cəlb olunub. Təlimlərdə  40 gəmi və 370 təyyarə iştirak edəcək. Qeyd olunur ki, təlimə müşahidəçi qismində Avstraliya, Böyük Britaniya, Almaniya, Hindistan, İtaliya, Kanada, Litva, Hollandiya, Yeni Zelandiya, Filippin, Fransa, Cənubi Koreya və NATO nümayəndələri dəvət olunub. Xatırladaq ki, “Keen Sword” adlı  təlim 1986-cı ildən keçirilir.

Vəli Həsənoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*