Yaponiyada əhalinin sayı sürətlə AZALIR – STATİSTİKAbackend

Yaponiyada əhalinin sayı sürətlə AZALIR - STATİSTİKA

Yaponiyada bu ilin yanvar-oktyabr aylarında doğum sayı rekord səviyyədə azalıb, ölüm halları isə əksinə, ötən illə müqayisədə demək olar ki, 8% artıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu ilin 10 ayında ölkədə 669 min uşaq doğulub ki, bu da 2022-ci illə müqayisədə 4,8% azdır. Aprel, may və iyun aylarında fərq təxminən 8% təşkil edirdisə, avqustda statistik göstəricilər demək olar ki, ötən ilin səviyyəsinə çatıb.

Yaponiya Tədqiqat İnstitutunun proqnozlarına görə, yanvar-dekabr ayları arasında doğum əmsalı 1899-cu ildən bəri ilk dəfə olaraq 800 min uşaqdan aşağı düşərək, təxminən 770 minə çata bilər.  2021-ci ildə isə ölkədə 811 min yeni doğulmuş körpə qeydə alınıb.

Qeyd olunub ki, Yaponiyada yanvar-oktyabr aylarında ölüm sayı 1,289 milyon nəfər təşkil edib ki, bu da əvvəlki ildən 7,5% çoxdur. Koronavirusa görə təkcə avqust ayında 135 min insan həyatını itirib ki, bu da 2021-ci illə müqayisədə 15% çoxdur.

Proqnozlara görə, illik ölüm səviyyəsi İkinci Dünya Müharibəsinin bitməsindən bəri rekord göstəricini, 1,5 milyonu keçə bilər.

Məlumata görə, 1899-cu ildə Yaponiyada 1,38 milyon insan doğulub. Bu rəqəm 1949-cu ildə pik həddə (2,69 milyon) çatıb.

2053-cü ilə qədər Yaponiya əhalisinin 100 milyona, 2065-ci ilə qədər isə 88 milyona düşəcəyi proqnozlaşdırılır, onların 38 faizinin yaşı 60-dan yuxarı olacaq. Millətin sürətlə qocalması, aşağı doğum səviyyəsi yaxın gələcəkdə dövlətə çoxlu problemlər vəd edir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*